ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatlarda yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Pentaqon həm iyulun 7-də başlayan yeni gərginlik mərhələsi, həm də fevralın 28-dən davam edən müharibə dövrü üzrə həlak olan və yaralanan hərbçilərlə bağlı statistik məlumatları dərc etməyə başlayıb.
Pentaqonun son məlumatına əsasən, iyulun 7-dən bəri 207 ABŞ hərbçisi yaralanıb. Beləliklə, münaqişə başlayandan bəri yaralananların ümumi sayı 624 nəfərə yüksəlib.
"Associated Press"in məlumatına əsasən isə son hücumlarda həlak olan dörd ABŞ hərbçisinin adı artıq İranla müharibədə itkilərin rəsmi siyahısında yer almır. Onlar ayrıca kateqoriyaya keçirilib.
Qeyd edək ki, bu dəyişiklikdən əvvəl Pentaqonun rəsmi saytında İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18 nəfər göstərilirdi.