Karib dənizi və Şərqi Sakit okean hövzəsində keçirilən əməliyyatlarda həyatını itirənlərin sayı kəskin artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi ABŞ Cənub Komandanlığına ("SOUTHCOM") istinadən məlumat yayıb.
2025-ci ilin sentyabr ayının əvvəlindən bəri həyata keçirilən ən azı 36 hücumda 116 nəfərin öldüyü təsdiqlənib.
Dənizdə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində tapılmayan və ölmüş hesab edilən şəxslərin də siyahıya əlavə olunması ilə bu rəqəm 126-ya yüksəlib.
Məlumata görə, ölmüş hesab edilən şəxslərdən 8-i ABŞ qüvvələrinin 30 dekabr 2025-ci il tarixində üç qayığa təşkil etdiyi hücum zamanı dənizə atılanlardır. Digər iki nəfərin isə 27 oktyabr 2025-ci il və 23 yanvar tarixlərində hədəf alınan gəmilərdə olduğu bildirilir.