Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin Livana hücumları: Ölənlərin sayı 2055-ə çatdı

2 dəq
Paylaş:
İsrailin Livana hücumları: Ölənlərin sayı 2055-ə çatdı

İsrail Livanda “”a qarşı əməliyyatlarını davam etdirib, yeni itkilər qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında davam edən rejimi fonunda İsrail “Hizbullah”a qarşı əməliyyatları intensivləşdirib.

Son 24 saat ərzində Suri bölgəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. bölgəsində baş verən hücumlarda 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bint Cbeil bölgəsində Livan Qırmızı Xaç Cəmiyyətinə məxsus təcili yardım maşınına edilən hücum nəticəsində bir tibb işçisi həyatını itirib, digəri isə yaralanıb.

Əl-Bazuriya yaşayış məntəqəsinə endirilən zərbələrdə isə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2 martdan bəri ölənlərin sayı 2055-ə, yaralıların sayı isə 6588-ə çatıb.

Qeyd olunub ki, “Hizbullah” 13 apreldə İsrail ordusunun sərhəd yaxınlığındakı mövqelərinə və İsrail ərazisindəki hərbi obyektlərə endirdiyini açıqlayıb.

Məlumata görə, İsrailin Livana hava və quru hücumları davam edir.

İsrail və Livanın ABŞ-dəki nümayəndələrinin atəşkəs danışıqları üçün aprelin 14-də Vaşinqtonda görüşəcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax