Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən sel nəticəsində ölənlərin sayı 1367 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkədə baş verən sel nəticəsində 1367 nəfər həyatını itirib.
Hazırda itkin düşən 5 132 nəfərin axtarışı və xilasetmə işləri davam etdirilir.
Məlumata görə, fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatları, humanitar yardımların paylanması, meyitlərin çıxarılması və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün 21 185 təhlükəsizlik əməkdaşı cəlb olunub.