Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreyaya (KXDR) rəsmi səfərə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Rəsmi məlumatlara görə, səfər proqramı iki gün – iyunun 8-dən 9-dək davam edəcək.
Qeyd edək ki, səfər ərəfəsində Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çen bəyanatla çıxış edib.
O, rəsmi Pxenyanın nüvə tərksilahı ilə bağlı heç bir güzəştə getməyəcəyini və ölkənin nüvə qüvvələrinin gücləndirilməsi kursunu davam etdirəcəyini vurğulayıb.