"Çin gərginliyin azaldılmasına kömək etmək üçün Yaxın Şərq işləri üzrə xüsusi nümayəndəsini bölgəyə göndərəcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
O, vurğuladı ki, Zhai Jun yaxın gələcəkdə Yaxın Şərqə səfər edəcək və gərginliyin azaldılmasına kömək etmək üçün fəal səylər göstərəcək.
Mao Ninq qeyd edib ki, Çin İranla müharibənin başlanğıcından bəri intensiv vasitəçilik səyləri göstərir:
"Xüsusilə, Çinin xarici işlər naziri Vanq Yi bu məsələ ilə bağlı Rusiya, İran, Oman, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə telefon danışıqları aparıb".
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, telefon danışıqları zamanı Vanq Yi hərbi əməliyyatların dərhal dayandırılmalı olduğunu və gərginliyin daha da artmasının və münaqişənin yayılmasının qarşısını almaq üçün bütün tərəflərin mümkün qədər tez dialoqa və danışıqlara qayıtmalı olduğunu bildirib.