Londonun "Çelsi" klubu ötən yay heyətinə qatdığı Alexandro Qarnaço ilə yollarını ayırmağa qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 40 milyon funt-sterlinqə başa gələn bu transfer artıq uğursuzluq kimi qiymətləndirilir.
"Mançester Yunayted"dən transfer olunan hücumçu nə komandaya, nə də kluba uyğunlaşa bilib.
Onun üçün yeni alıcı tapmağın çətin olacağı gözlənilir, çünki futbolçu artıq problemli oyunçu imici qazanıb.