Əsas məzmuna keç

Ceyhun Bayramov və Oman XİN rəhbəri gərginliyi müzakirə etdi

Ceyhun Bayramov və Oman XİN rəhbəri gərginliyi müzakirə etdi

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd...

en ru

1 mart 2026-cı il tarixində Respublikasının naziri ilə Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında mühüm baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, müzakirələrin əsas mövzusu regionda müşahidə olunan hərbi eskalasiya və artan gərginlik olub.

Tərəflər bölgədəki son hərbi gərginlikdən dərin narahatlıqlarını ifadə edərək, vəziyyətin kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını xüsusi vurğulayıblar.

Danışıqlar zamanı deeskalasiyanın zəruriliyi önə çəkilib. Həmçinin, danışıqlar prosesinin bərpa edilməsi üçün diplomatik səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Nazirlər mülki əhalinin və infrastrukturun mühafizəsinin vacibliyini qeyd ediblər. Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…