Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
28.01.2023 22:22
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.

Vurğulanıb ki, şəhidimizin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür. Bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir. Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir. 

Qeyd edək ki, Ceyhun Bayramov və Hikmət Hacıyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirak etdiyi bir sıra tədbirlərdə olublar. Sabah isə hər iki rəsmi şəxs ezamiyyətdə olacağı üçün bu gün Orxan Əsgərovun ailəsinə baş çəkiblər. Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.

Həftənin ən çox oxunanları

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib
DAVAMIN OXU davamın oxu

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq
DAVAMIN OXU davamın oxu

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu