Ceyhun Bayramov: Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk

Ceyhun Bayramov: Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk
25.05.2025 14:15
Aa
dəq

Həmkarım Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

“Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir Azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini xatırladıb.

Həftənin ən çox oxunanları