Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri ilə görüşüb - YENİLƏNİB
07.11.2023 16:05
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud ikitərəfli münasibətlərin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu qeyd edib.

Bununla əlaqədar, çoxtərəfli platformalarda iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək vurğulanıb.

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından söz açan nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Parlamentlərarası müstəvidə Milli Assambleyanın sədri V.Orliçin bu il baş tutmuş işgüzar və rəsmi səfərləri, habelə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri xatırlanıb.

Ölkələr arasında iqtisadi, enerji, ticarət dövriyyəsinin artırılması, informasiya texnologiyaları, turizm və s. sahələrdə əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov bu sahədə geniş inkişaf potensialının olduğunu vurğulayıb və bu sahədə Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi anti-terror tədbirləriji şərtləndirən amillər, bölgədə hazırkı vəziyyət və Ermənistanla sülh prosesinin perspektivləri barədə məlumat verib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Məclisinin sədri Vladimir Orliç ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan və Serbiya arasında parlamentlərarası əlaqələr, o cümlədən ikitərəfli əlaqələr və çoxtərəfli platformalarda qarşılıqlı dəstək müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov Serbiyada rəsmi səfərdədir.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu