Əsas məzmuna keç

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə bir araya gəlib

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə bir araya gəlib

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində həmkarı Ana Brnabiçlə görüş keçirib.

en ru

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 2-də Serbiyada səfərdə olan parlament sədri bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.

Görüş zamanı Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycanın Serbiya üçün və müttəfiq dövlət olduğunu vurğulayaraq, ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini bildirib.

Sahibə Qafarova öz növbəsində Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu kimi tədbirlərin aktual problemlərin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.

Spiker, həmçinin iki dost və strateji tərəfdaş ölkə arasında ali səviyyəli səfərlərin roluna toxunaraq, İlham Əliyev və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, eləcə də bu çərçivədə imzalanan sənədlərin əməkdaşlığın inkişafındakı önəmini vurğulayıb.

Tərəflər görüşdə parlamentlərarası əlaqələrə dair qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…