Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov seçici hüququndan istifadə edib

1 dəq
Paylaş:
Ceyhun Bayramov seçici hüququndan istifadə edib
XİN başçısı 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN başçısı 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər