Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə telefonla danışıb
28.09.2023 13:26
Aa
dəq

Sentyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xiidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, C.Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.

Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.

Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu