Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

1 dəq
Paylaş:
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər