Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov İslandiyaya işgüzar səfərə gedib

1 dəq
Paylaş:
Ceyhun Bayramov İslandiyaya işgüzar səfərə gedib
Mayın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslandiyaya işgüzar səfəri başlayıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan...

Mayın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslandiyaya işgüzar səfəri başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan XİN-dən məlumat verilib.

Onun səfər çərçivəsində İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə tədbirdə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər