"Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik dövrü dünyada mürəkkəb siyasi proseslərin baş verdiyi çox təlatümlü bir zamana sədrlik edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu LINKS EUROPE şirkətinin direktoru Denis Sammut Bakıda keçirilən "Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.
Sammutun sözlərinə görə, Azərbaycana sədrlik koronavirus pandemiyasının başladığı vaxtda keçib. O bildirib ki, Azərbaycan QH üzvlərini pandemiyaya qarşı mübarizədə birləşdirə bildi.
“Geosiyasətdə bu cür təlatümlü bir zamanda Azərbaycanın liderliyi çox önəmlidir”, - o bildirib və bu ilin oktyabrında Haaqada oxşar tədbirin keçiriləcəyini əlavə edib.
"Qoşulmama Hərəkatın Bandunq prinsipləri əsasında yaradılması çətin dövrə təsadüf etmişdi: “Soyuq müharibə” öz sözünü deyirdi. Helsinki Sazişinin yekun aktı Avropada xüsusi rol oynadı: o, sülh və sabitlik konsepsiyalarının bərqərar olmasına təkan verdi. Həmin vaxt Qoşulmama Hərəkatının bir hissəsi olan Yuqoslaviya, Kipr və Malta Helsinki Sazişinin qəbul edilməsində müsbət rol oynadılar”, - spiker bildirib.
Ukraynanın Avropa üçün həyəcan siqnalına çevrildiyini bildirən Denis Sammut sülh və təhlükəsizlik məsələlərinin həmişə prioritet olmalı olduğunu qeyd edib.