Əsas məzmuna keç

İlham Əliyev: Azərbaycan Ukraynaya humanitar dəstəyi davam etdirəcək

İlham Əliyev: Azərbaycan Ukraynaya humanitar dəstəyi davam etdirəcək

İlham Əliyev Kiyevə göstərilən yardımların davam edəcəyini bəyan edib. Azərbaycanın müharibədən zərər çəkən bölgələrə ayırdığı yeni humanitar missiyanın detalları.

en ru

xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə həmkarı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…