Əsas məzmuna keç

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - 22.11.2023

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - 22.11.2023

Azərbaycanın naziri ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Hissein Brahim Taha ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Baş katibin Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin Bakıda açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.

Aparılacaq birgə işlərin əmək, məşğulluq, və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…