Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - YENİLƏNİB
27.06.2024 15:13
Aa
dəq

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.

Geniştərkibli görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyətinin, siyasi məsləhətləşmələr mexanizmi strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov bugünkü rəsmi səfərinin də Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə dair ümidvarlığını ifadə edib.

İki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layhələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji instrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və s. çərçivəsində qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Humanitar tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, xüsusilə təhsil, mədəniyyət, idman sahələrində birgə əməkdaşlığın gücləndirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli dialoqa töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.

 

Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

***

Gürcüstanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sonra XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar aspektlərini müzakirə ediblər.

Xarici işlər nazirləri həmçinin müxtəlif regional və beynəlxalq formatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar.

Münaqişə sonrası regional sülh və yenidənqurma səyləri də gündəmin əsas mövzusu olub.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib

Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Albaniya Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

Azərbaycan və Albaniya Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ceyms O’Braynı qəbul edib - YENİLƏNİB

İlham Əliyev Ceyms O’Braynı qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

BMT-nin Baş katibi COP29-da iştirak edəcək

BMT-nin Baş katibi COP29-da iştirak edəcək
DAVAMIN OXU davamın oxu