Əsas məzmuna keç

Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sualına cavabında naziri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də davam edəcək.

C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.

XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir.

Nazir qeyd edib ki, Ermənistandan fərqli olaraq bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır:

"Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…