Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Cozef Baydenlə görüşüb

1 dəq
Paylaş:
Ceyhun Bayramov Cozef Baydenlə görüşüb
{"az":"bu barədə Ceyhun Bayramov \"X\" səhifəsində paylaşım edib. Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə...","en":"","ru":""}

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər