Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb
17.05.2023 15:41
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə, Azərbaycan və Böyük Britaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, investisiyalar, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadənin zəruriliyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmaye yatıran ölkə olduğunu bildirən nazir Ceyhun Bayramov, iki ölkənin birgə layihələrin həyata keçirilməsi təcrübəsinə məmnunluqla istinad edərək bu uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu söyləyib. Ölkələrimiz arasında neft və qaz sənayesi sahəsində strateji əməkdaşlığa istinad edərək, alternativ enerji resurslarının inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi ilə mübarizə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, bu xüsusda Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət naziri Tariq Mahmud Əhməd, diplomatik münasibətlərin əsasının qoyulmasından ötən müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı strateji əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdırıb. Ölkələrimiz arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında mədəni və təhsil sahəsində əməkdaşlığa verilən əhəmiyyət vurğulanıb. Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu