Ceyhun Bayramov Azərbaycandan keçən yaşıl enerji dəhlizindən danışıb

Ceyhun Bayramov Azərbaycandan keçən yaşıl enerji dəhlizindən danışıb
25.04.2025 13:33
Aa
dəq

Enerji sahəsində yeni istiqamət yaşıl enerji sahəsidir. Bu layihə davam edir və perspektivləri genişdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu layihəyə Azərbaycan və Avropa ilə yanaşı, bir sıra digər ölkələr də maraq göstərir: “Bolqarıstan da bu layihəyə maraq göstərir. Eyni zamanda, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Azərbaycana çatdırılması və bunun da həmin layihənin tərkib hissəsi olması şansı var. Hazırda bu istiqamətdə tərəflər əməli adamlar atır”.

Həftənin ən çox oxunanları