Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cey Di Vens Şahbaz Şəriflə görüşür

3 dəq
Paylaş:
Cey Di Vens Şahbaz Şəriflə görüşür

ABŞ və İran Arasında Həlledici İslamabad Danışıqları Başlayır

Yaxın Şərqdə artan gərginlik fonunda ABŞİran arasında gözlənilən İslamabad danışıqları rəsmən başlayır. Hazırda ABŞ-nin vitse-prezidenti Cey Di Vens İslamabadda Pakistanın Şahbaz Şəriflə ilkin danışıqlar aparır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Al-Jazeera" nəşri yayıb.

Məlumata görə, ABŞİran nümayəndə heyətləri arasında əsas görüşün yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlaması planlaşdırılır.

Fevral Hücumları və Atəşkəs: Münaqişə Necə Bu Nöqtəyə Gəldi?

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran, İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraqKiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.

Gərginliyin pik həddinə çatmasından sonra, aprelin 8-də İran ilə ABŞ və onların müttəfiqləri arasında ikihəftəlik barədə razılıq əldə olunub.

Tehran və Vaşinqtonun Əsas Şərtləri: Tərəflər Nə Tələb Edir?

Danışıqların əsas mövzularını hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət təşkil edir. Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir. Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız İranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Hörmüz Boğazı və Yaxın Şərqdən Qoşunların Çıxarılması

Tərəflər Hörmüz boğazının statusu məsələsində də kəskin fərqli mövqedədirlər. İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə boğazın gəmiçilik üçün tam açıq olmasında israrlıdır. Əlavə olaraq, Tehran dondurulmuş aktivlərin açılmasını və münaqişə nəticəsində dəyən ziyana görə kompensasiya ödənilməsini istəyir.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir. Lakin Donald Tramp administrasiyası tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını vacib hesab edir və danışıqlar uğursuz olarsa, eskalasiyanı istisna etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax