Çexiya kibertəhlükəsizliklə əlaqədar Çinin DeepSeek startapının süni intellektə əsaslanan hər hansı məhsulunun dövlət qurumlarında istifadəsini qadağan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Çexiyanın Baş naziri Petr Fiala bu qərarın ölkənin kibertəhlükəsizlik şirkətinin xəbərdarlığından sonra qəbul edildiyini, DeepSeek-in Çin səlahiyyətliləri ilə əməkdaşlığa hazır olduğu üçün istifadəçi məlumatlarına icazəsiz giriş riskinin olduğunu bildirib.
Bundan əvvəl bir sıra digər ölkələr, o cümlədən İtaliya və Avstraliya da istifadəçi məlumatlarının qorunması üçün oxşar addım atmışdı.
Çexiya hökuməti son illərdə Çin texnologiyasından uzaqlaşmağa çalışıb. 2018-ci ildə o, təhlükəsizlik risklərini əsas gətirərək Huawei və ZTE telekommunikasiya şirkətlərinin avadanlıq və proqram təminatından istifadəni dayandırıb.