Cənubi Koreyanın paytaxtı Seulda 13 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yük maşını sürücüsü və bir nəqliyyat vasitəsi sürücüsünün vəziyyətinin ağır olduğu, yaralıların xəstəxanaya aparıldığı bildirilib. Qəzaya qarışan bir çox avtomobil yararsız hala düşərkən, hadisə yerinə gələn qruplar vasitələrin çıxarılması üçün işlərə başlayıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.