Operativ Məlumat Mərkəzi

Cənubi Koreya ordusu son 7 ildə ilk dəfə təlimlərdə “Taurus” raketi atıb

1 dəq
Paylaş:
Cənubi Koreya ordusu son 7 ildə ilk dəfə təlimlərdə “Taurus” raketi atıb
bu barədə Yonhap agentliyi hərbçilərə istinadən məlumat yayıb. Bildirilib ki, raketlər oktyabrın 8 və 10-da F-15K qırıcılarından buraxılıb. Raketlər...

Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 2017-ci ildən bəri ilk dəfə təlimi zamanı “Taurus” qanadlı raketlər atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yonhap agentliyi hərbçilərə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər oktyabrın 8 və 10-da F-15K qırıcılarından buraxılıb. Raketlər təxminən 400 km uçub və Sarı dənizdə nəzərdə tutulan hədəfi vurub.

Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus F-35A və KF-16 qırıcıları qanadlı raketlərin qarşısını almaq üçün təlim keçirib.

Koreya Respublikası sonuncu dəfə 2017-ci ildə Şimali Koreyanın nüvə sınaqlarından sonra güc nümayişi kimi hərbi təlimlərdə “Taurus” qanadlı raketlərdən istifadə etmişdi. Bu qanadlı raketlər Seul yaxınlığından buraxılsa, 15 dəqiqə ərzində KXDR-də istənilən hədəfə çata bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər