Operativ Məlumat Mərkəzi

Cənubi Koreya ilə ABŞ “F-35A” qırıcıları ilə birgə təlim keçirib

2 dəq
Paylaş:
Cənubi Koreya ilə ABŞ “F-35A” qırıcıları ilə birgə təlim keçirib
bu barədə koreyalı hərbçilər bildirib. Məlumata görə, hərbi təlim Cənubi Koreyanın ərazisində keçirilib. Bildirilib ki, Cənubi Koreyada ABŞ hərbi...

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri “F-35A” qırıcılarının iştirakı ilə birgə təlim keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASSa istinadən xəbər verir ki, bu barədə koreyalı hərbçilər bildirib.

Məlumata görə, hərbi təlim Cənubi Koreyanın ərazisində keçirilib. Bildirilib ki, Cənubi Koreyada ABŞ hərbi kontingentinin silah arsenalında “F-35A” yoxdur. Koreyalılar tərəfdən “F-35А”, “KF-16”, “F-15K” və başqa aviatexnika nümunələri iştirak edib.

İnformasiyaya əsasən, tərəflər şərti düşmənin təyyarələrini və qanadlı raketlərini ələ keçirmək üçün müdafiə üzrə tapşırıqları yerinə yetiriblər.

Bildirilib ki, fevralın 14-də Şimali Koreya yeni tipli “Padasuri-6” (“Orlan-6”) gəmi əleyhinə raketi sınaqdan çıxarıb. Rəsmi Pxenyan yanvarın 30-da isə onlar “Hvasal-2” (“Strela-2”) strateji qanadlı raketinin sınağını uğurla buraxdıqlarını bildiriblər. Yanvarın 28-də isə onlar “Pulhvasal-3-31” (“Fire Arrow-3-31”) yeni sualtı qanadlı raketlərini sınaqdan keçirib.

Cənubi Koreya mediası bildirib ki, “Pulhvasal-3-31” adındakı 31 rəqəmi “Hvasan-31” (“Vulkan-31”) taktiki nüvə başlığının quraşdırılması deməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər