Operativ Məlumat Mərkəzi

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq

1 dəq
Paylaş:
Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "köhlən atlar"...

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhləsinə qatılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər