Operativ Məlumat Mərkəzi

Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək

1 dəq
Paylaş:
Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi...

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər