Əsas məzmuna keç

Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda 3 otaqlı ev yanıb

rayonunda yanğın hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, hadisə rayonun Üçtəpə kəndində C. Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evdə qəfildən yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 m² sahəsi və əşyaları yanıb. Yanğının elektrik naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #canlı#cəlilabad
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…