Cəbrayılda yük avtomobili tank əleyhinə minaya düşüb

Cəbrayılda yük avtomobili tank əleyhinə minaya düşüb
20.06.2024 23:55
Aa
dəq

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.

Qeyd edilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Həftənin ən çox oxunanları

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
DAVAMIN OXU davamın oxu

Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır
DAVAMIN OXU davamın oxu

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu