Operativ Məlumat Mərkəzi

Çanaqqalada 32 qeyri-qanuni miqrant saxlanılıb

1 dəq
Paylaş:
Çanaqqalada 32 qeyri-qanuni miqrant saxlanılıb
sahildə aparılan müşahidələr zamanı hərəkətdə olan rezin qayıq aşkar edilib və əraziyə dərhal Sahil Mühafizəsinin qayığı göndərilib. Əməliyyat...

Çanaqqalanın Ayvacık sahillərində Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı 18-i uşaq olmaqla ümumilikdə 32 qeyri-qanuni miqrant saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"a istinadən xəbər verir ki, sahildə aparılan müşahidələr zamanı hərəkətdə olan rezin qayıq aşkar edilib və əraziyə dərhal Sahil Mühafizəsinin qayığı göndərilib.

Əməliyyat nəticəsində qayıqdakı miqrantlar təhlükəsiz şəkildə sahilə çıxarılıb.

Araşdırmalardan sonra saxlanılan şəxslər Ayvacıkdakı Miqrant Qəbulu və Yönləndirmə Mərkəzinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər