Əsas məzmuna keç

Çamadanda 2 yaşlı uşaqı gizlətdi, polis saxladı

Çamadanda 2 yaşlı uşaqı gizlətdi, polis saxladı

bununla bağlı xarici KİV məlumat yayıb. Polis tərəfindən verilən açıqlamada, hadisənin sərnişinlərdən birinin baqaj bölməsinə daxil olmaq istəməsindən...

Yeni Zelandiyada səfəri zamanı çamadanın içində 2 yaşlı qız uşağının tapılması ilə əlaqədar bir qadın saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

tərəfindən verilən açıqlamada, hadisənin sərnişinlərdən birinin baqaj bölməsinə daxil olmaq istəməsindən sonra ortaya çıxdığı bildirilib.

Qeyd olunub ki, avtobus sürücüsü çamadanın tərpəndiyini müşahidə edib və dərhal məsələ barədə səlahiyyətlilərə məlumat verib.

Sürücü çamadanı açdıqda içərisində 2 yaşlı balaca qızı tapıb. Uşağın tapıldığı anda yüksək temperatur səbəbilə çox tərləmiş olduğu qeyd edilib, lakin fiziki olaraq ciddi bir xəsarət aşkarlanmayıb.

Qadın ilə uşaq arasındakı münasibət barədə isə hələlik heç bir məlumat verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #polis#kiv#avtobus
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…