“Cahangirbəyli” SES-də ildə 30 milyon kVt/saatdan çox enerji istehsal ediləcək

“Cahangirbəyli” SES-də ildə 30 milyon kVt/saatdan çox enerji istehsal ediləcək
30.09.2023 15:25
Aa
dəq

Prezident İlham Əliyevin sentyabrın 28-də açılışını etdiyi “AzərEnerji” ASC-nin Zəngilan rayonundakı “Cahangirbəyli” Su Elektrik Stansiyasında (SES) il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rayona təşkil olunmuş mediaturda səhmdar cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan SES silsiləsinin tikintisinə başlayıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb.

Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.

Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu