Operativ Məlumat Mərkəzi

Burkina-Fasoda terror aktı olub, 40 nəfər ölüb

1 dəq
Paylaş:
Burkina-Fasoda terror aktı olub, 40 nəfər ölüb

Burkina Fasoda hücum zamanı onlarla insan həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Cibo şəhərində qeydə alınıb.

Silahlıların şəhər mərkəzində yerləşən evlərə, qaçqın düşərgələrinə və hərbi bazaya hücumu nəticəsində 40 nəfər həlak olub, 45 nəfər yaralanıb. Daha 30 nəfərin itkin düşdüyü bildirilir.

Hücuma görə məsuliyyəti Camaat Nüsrət Əl-İslam vəl Müslimin silahlı qruplaşması öz üzərinə götürüb. Bölgədə davam edən qarşıdurmalarda azı 25 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

BMT hadisə ilə bağlı araşdırma aparıldığını və hücumu törədənlərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər