Əsas məzmuna keç

"Bunlar Kiyevin gələcək hərbiləşdirilməsi planlarına aiddir"

"Bunlar Kiyevin gələcək hərbiləşdirilməsi planlarına aiddir"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynada atəşkəslə bağlı bəzi məsələlərin olduğunu və onların həll edilməsinə ehtiyac olduğunu bildirib. Bununla bağlı...

Kremlin sözçüsü Dmitri Ukraynada atəşkəslə bağlı bəzi məsələlərin olduğunu və onların həll edilməsinə olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Ukraynanın Rusiyanın Kriviy Riq şəhərində mülki infrastruktura zərbə endirməsi ilə bağlı ittihamına reaksiya verən Peskov, Rusiya ordusunun yalnız hərbi ünsürlərə hücum etdiyini müdafiə edərək, Biz sosial infrastruktur obyektlərinə hücum etmirik deyib.

"Rusiya prezidenti Vladimir Putin ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bəzi suallara cavab tapmaq lazımdır. Bu suallar havadadır və hələ ki, onlara heç kim cavab verməyib. Kiyev administrasiyasının nəzarətdən çıxması və bəzi itaətsiz ekstremist və millətçi birləşmələrə nəzarət edə bilməməsi ilə bağlıdır. Bunlar Kiyevin gələcək hərbiləşdirilməsi planlarına aiddir. Bütün bu nüanslar hələ də gündəmdədir. Biz atəşkəs ideyasını dəstəkləməklə yanaşı, öz maraqlarımızı təmin etməli və sadaladığım məsələləri həll etməliyik", - o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…