Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən seçilməsinə qərar verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Somali parlamentinin sədri Şeyx Adan Madobe mətbuata açıqlamasında qeyd edib.
Madobe, həmçinin qərarla prezidentin səlahiyyət müddətinin 4 ildən 5 ilə yüksəldildiyini açıqlayıb və prezidentə həm də baş naziri təyin etmək və istədiyi vaxt vəzifədən azad etmək səlahiyyətinin verildiyini qeyd edib.
Sözügedən qərar bəzi siyasətçilər və Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.