Əsas məzmuna keç

Bu yolda sürət həddi endirilir

Bu yolda sürət həddi endirilir

bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  Bildirilib ki, bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli...

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yerüstü Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.

Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…