Əsas məzmuna keç

Bu universitet Trampın kəsdiyi vəsaitləri geri ala bilmək üçün 200 milyon dollar ödəyəcək

Bu universitet Trampın kəsdiyi vəsaitləri geri ala bilmək üçün 200 milyon dollar ödəyəcək

bununla bağlı xarici KİV məlumat yayıb.  Maliyyənin kəsilməsi, universitetin Fələstinə dəstək aksiyalarından sonra yəhudi tələbələrə qarşı...

Kolumbiya Universiteti administrasiyasının mart ayında ləğv etdiyi 400 milyon dollarlıq qrantın böyük bir hissəsini geri ala bilmək üçün hökumətə 200 milyon dollar ödəməyi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Maliyyənin kəsilməsi, universitetin Fələstinə dəstək aksiyalarından sonra yəhudi tələbələrə qarşı ayrı-seçkiliyin qarşısını almaqda yetərsiz qalması iddialarına əsaslanırdı.

Universitetin müvəqqəti rektoru Kler Şipman açıqlama verib. O bildirib: “Bu razılaşma, intensiv federal nəzarət və institusional qeyri-müəyyənlik dövründən sonra atılmış mühüm bir addımdır”.

Prezidenti Tramp isə çərşənbə axşamı "Truth Social" platformasında paylaşım edərək razılaşmanı alqışlayıb və universitetlər üzərindəki təzyiqlərin davam edəcəyinə də işarə verib:

“Amerika xalqının vergiləri ilə maliyyələşən və ədalətsiz şəkildə davranan bir çox müəssisəsi hələ növbədədir”.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…