Bu sosial şəbəkəyə GİRİŞ BAĞLANDI

Bu sosial şəbəkəyə GİRİŞ BAĞLANDI
09.10.2024 12:02
Aa
dəq

Türkiyə hakimiyyəti qanunu pozan məzmunun mövcudluğuna görə "Discord" messencerinə girişi bloklayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç X sosial şəbəkəsində yazıb.

"Ankara Baş Prokurorluğunun tələbi ilə Ankara 1-ci Cəza Məhkəməsi qanunun internetdə dərc olunan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında maddəsinin müddəalarına uyğun olaraq "Discord" sosial şəbəkəsinin qadağan edilməsi barədə qərar qəbul edib", - deyə nazir bildirib.

Xatırladaq ki, Ədliyyə Naziri Tunç daha əvvəl bəzi sosial şəbəkə provayderləri və internet saytlarında cinayət məzmunu ilə bağlı Baş Prokurorluq tərəfindən məhkəmə araşdırması aparıldığını açıqlamışdı.

Daha sonra Daxili İşlər Naziri Ali Yerlikaya X hesabında "Telegram" və "Discord" sosial media platformalarında yaşanan zorakılıqlarla bağlı aşağıdakı açıqlamaları verib:

"Discord sosial media platformasında cinayət məzmunlu videolar paylaşdığı aşkarlanan B.T adlı uşaq və polisi və şəhidləri təhqir edən və dini dəyərləri alçaldan paylaşımlar edən A.D.C. 'Hz Abu Cehil' adlı sosial media istifadəçisi ifadəyə çağırılıb".

Həftənin ən çox oxunanları