"ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı irəli sürdüyü plan danışıqlar masasında olan ən yaxşı variantdır, lakin bu plan Fələstin problemini tam şəkildə həll etmir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Prezident Tramp öz planını irəli sürdü və biz bu planı dəfələrlə danışıqlar masasında olan ən yaxşı təklif kimi qiymətləndirmişik. Lakin, Fələstin problemi bununla bitmir,” – Lavrov vurğulayıb.
Lavrov hazırda ən vacib məsələnin qan tökülməsinin mümkün qədər tez dayandırılması və Fələstin anklavında yaşanan ağır humanitar böhranın aradan qaldırılması olduğunu qeyd edib.