Operativ Məlumat Mərkəzi

Bu ölkədə rus məktəbləri bağlanır?

1 dəq
Paylaş:
Bu ölkədə rus məktəbləri bağlanır?
bunu ölkənin təhsil, elm və idman naziri Raminta Popoviene LRT milli dövlət televiziya və radio portalına müsahibəsində deyib. O vurğulayıb ki,...

Litva rus dilində tədris olunan məktəbləri bağlamağı planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin təhsil, elm və idman naziri Raminta Popoviene LRT milli dövlət televiziya və radio portalına müsahibəsində deyib.

O vurğulayıb ki, konstitusiyaya və təhsil haqqında qanuna uyğun olaraq dövlət vətəndaşların ana dilində təhsil almalarına şərait yaratmağa borcludur.

"Bu sənədlərdə açıq şəkildə qeyd olunur ki, biz dövlət dilinin, yəni litva dilinin öyrənilməsinə xüsusi diqqət yetirilməklə, vətəndaşlarımıza belə bir imkan yaratmalıyıq", - nazir qeyd edib.

Litvanın rus dilində tədris olunan məktəblərdən imtina edən Latviya və Estoniyadan nümunə götürə biləcəyi ilə bağlı suala Popoviene deyib ki, hazırda hakimiyyət mövcud hüquqi aktları rəhbər tutur və belə planlar yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər