Operativ Məlumat Mərkəzi

Bu ölkə Liviyaya 30 ton humanitar yardım göndərib

1 dəq
Paylaş:
Bu ölkə Liviyaya 30 ton humanitar yardım göndərib
bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. "Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları...

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər