Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Nazirlik 95 rusiyalı hərbçinin geri qaytarıldığını bildirib.
"Qarşı tərəfə də eyni sayda əsir hərbçi qaytarılıb", - deyə məlumatda deyilir.