SABAH qruplarına test imtahanı keçirilib - YENİLƏNİB

SABAH qruplarına test imtahanı keçirilib - YENİLƏNİB
18.06.2023 13:40
Aa
dəq

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi.

İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

05:30***

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsini keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, imtahan Bakıda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahanların idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb.

İmtahanda 2 978 tələbənin iştirakı nəzərdə tutulur.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu