Əsas məzmuna keç

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.

Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.

Yel mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 40 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 41 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 60 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…