Bu gün "Neftçi" və "Sabah"ın potensial rəqibləri müəyyənləşir

Bu gün "Neftçi" və "Sabah"ın potensial rəqibləri müəyyənləşir
07.08.2023 10:52
Aa
dəq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri "Sabah" və "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.

Murad Musayevin baş məşqçi olduğu komanda püşkatmaya səpələnmişlər, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv isə səpələnməmişlər səbətindən qoşulacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) mübarizəyə birbaşa pley-offdan başlayacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.

Eyni zamanda, Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibi ilə üz-üzə gələ bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan "Budo/Qlimt" (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.

Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" Serbiya "Partizan"ı, "Neftçi" isə Türkiyə "Beşiktaş"ı ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü
“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyullan” (Danimarka) - “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü
“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) - “Dila” (Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Həftənin ən çox oxunanları

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
DAVAMIN OXU davamın oxu

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu