Operativ Məlumat Mərkəzi

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

1 dəq
Paylaş:
Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir
Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın...

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər